12 Fevral 2020 14:35
2 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin əvvəlində Gürcüstan müxalifəti paytaxt Tiflis də daxil olmaqla, respublikanın bütün bölgələrini əhatə edən ümumxalq mitinqlərinə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Yeni Gürcüstan partiyasının lideri Georgi Vaşadze açıqlama verib.

O, razılaşmanın müxalifət nümayəndələri ilə Fəhlət Partiyasının ofisində keçirilən görüşdə əldə edildiyini bildirib.

“Aprelin 4-də Tiflisdən kütləvi aksiyalara başlayacağıq. Bundan əvvəl bir çox bölgələrə səfərlərimiz olacaq. Aprelin 4-də müxalifətin seçkilər məsələsində necə əməkdaşlıq edəcəyini açıqlayacağıq”, - deyə Vaşadze qeyd edib.

Gürcüstan mediasının məlumatına görə, mitinq gününə qədər müxalifət liderləri əhali ilə görüşmək üçün piket, bölgələrə səfərlər və beynəlxalq təşkilatlarla görüşlər planlaşdırmaq və keçirmək barədə razılığa gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər