12 Fevral 2020 20:29
1 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibdə adı yatan gözəl sindromu Kleyn Levinə yoluxan avstraliyalı 21 yaşlı Harri Dannın 41 gün oyanmadan yatması eşidənləri təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, nadir görülən bu nevroloji pozğunluğu yaşayan Dann hətta doğum günündə və Milad bayramında da oyanmayıb.

Harri Dann xəstəliyi barədə danışarkən bildirib ki, sanki zombiyə çevrilir, sadəcə müəyyən hərəkətlər edə, yeyə və ya vanna otağından istifadə edə bilir, lakin baş verənlər haqda duyğusal anlar yaşayır, tam ayılandan sonra nələr baş verdiyini isə xatırlamır.

Əksər hallarda sindroma yeniyetmələr meyllidir.

Bu nevroloji xəstəlikdən əziyyət çəkənlər günlərlə, hətta həftələrlə yata bilirlər.


Müəllif: Nərgiz

Oxşar xəbərlər