13 Fevral 2020 15:34
3 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Şimali Kipr Respublikasının “xəyalat şəhər” adlandırılan Qapalı Maraşı açması Cənubi Kipri narahat edib.

Teleqraf.com xəbər verir ki, Türkiyə qərarını açıqlayandan sonra bəyanat yayan Cənubi Kipr Xarici İşlər Nazirliyi bu addıma etiraz edib.

Yunan tərəfi Türkiyənin bu qərarını “təhlükəli” adlandırıb və məsələ ilə əlaqədar artıq BMT-yə müraciət ünvanlayıb.

Türkiyə Vəkillər Kollegiyası isə yaxın günlərdə “ölü şəhər”ə dair “Qapalı Maraşın açılması” adlı toplantı keçirməyi planlaşdırır. İclasda Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay və rabitə naziri Əbdülhəmid Gül də iştirak edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu