Bu gün səhər saatlarında Moskvadakı Müqəddəs Nikolay məbədində dindarlara basqın olub.
Teleqraf.com xəbər verir ki, 26 yaşlı Lipetsk sakini qəfil məbədə daxil olaraq əlindəki bıçaqla dindarlara hücum edib.
İlkin məlumatlara görə, iki nəfər yaralanıb.
Rusiya DİN-in yaydığı məlumatda bildirilir ki, basqın edən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.