Müşahidə olunan virusun Çinin iqtisadiyyatını zəiflədəcəyi və bundan Türkiyə iqtisadiyyatının faydalanacağı kimi düşüncə varsa, bu,bizi narahat edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Çinin İstanbul Baş konsulu Sonqfenq Huanq Türkiyə mətbuatına açıqlamasında deyib.
Konsul əlavə edib ki, son dövrlər bu səpkidə xəbərlərlə mütəmadi rastlaşır:
“Məsələn, ayaqqabı, kənd təsərrüfatı, yüngül sənaye və digər sektorlar sanki Çində xəstəlik səbəbindən öz sektorları üçün fürsətlərin açılacağını düşünərək xoşbəxt olurlar. Bu xoşbəxtliklərini öz sektorlarındakı toplantılarda paylaşsalar daha yaxşı olar. Bəzi türklər baş verənlərdən çox xoşbəxt olurlar. Başqalarının acıları üzərindən xoşbəxt olmaq bu ölkənin qonaqpərvərliyinə ziddir”.