Almaniyanın qərbində, Frankfurt şəhərinin 25 kilometrliyində yerləşən Hanau qəsəbəsində iki kafeyə hücum olunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı 8 nəfər öldürülüb, bir nəfər yaralanıb.
Ölənlərin adları açıqlanmasa da, onların arasında türklərin də olduğu bildirilir.
Hücumun həyata keçirildiyi ərazidə çox sayda türk yaşayır.
Alman mediası hücum edən şəxslərin eyni evdə ölü tapıldığını bəyan edib. Ancaq kafelərə hücumun hansı səbəbdən edildiyi müəyyənləşdirilməyib.
Krım Xəbər Agentliyinin müxbiri Əhməd Özay isə bildirib ki, hücum edilən kafelər türklərə aiddir. Onun iddiasına görə, ölən 8 nəfərdən 5-də türkdür.