20 Fevral 2020 13:24
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Silahlı Qüvvələrinin komandanı general-leytenant Vladimir Çaçibaya Tiflisdə səfərdə olan Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Mənbə bildirib ki, görüşdə bölgədəki vəziyyət və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və gücləndirilməsi planları müzakirə edilib.

Görüşdə çıxış edən Çaçibayanın sözlərinə görə, əməkdaşlıq çərçivəsində erməni hərbçiləri Gürcüstanın “Saçxer” Hərbi Təlim Mərkəzində kurslar keçirlər.


Müəllif: Mənsur Rəğbətoğlu