21 Fevral 2020 11:28
3 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya ordusu ötən gün Bəşər Əsəd qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb.

Teleqraf.com xəbər verir ki, müttəfiqlərin əsas hədəfi M4 və M5 avtomobil yolunun qovşağında yerləşən Sərakib şəhərini Əsəd ordusundan geri almaq olub.

Rejim qüvvələri əməliyyatların başladığı ilk dəqiqələrdən qorxuya düşüb. Əsəd ordusunun rabitə vasitələri ilə danışıqlarında “Komandir (general) qaçıb ağacların arasında gizləndi. İndi biz nə edəcəyik?” səs yazısı qeydə alınıb.

Əməliyyatların bu gün də davam etdiyi bildirilib. Əsəd ordusu və İran qüvvələrinin Hələbin şimal-qərb bölgələrindəki hərbi mövqeləri toplar və ağır artilleriya ilə atəş altında saxlanılır. Bir çox hərbi nöqtənin darmadağın edildiyi bildirilib.

Müxaliflər türk ordusunun müşayiəti ilə Cəblə şəhərindəki mövqelərini də hədəf alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər