22 Fevral 2020 10:43
3 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qiyamçı general Xəlifə Haftarın liderliyindəki Liviya Milli Ordusuna 2 yükdaşıma təyyarəsi göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviyanın legitim Milli Sülh Hökuməti açıqlama yayıb.

Açıqlamada təyyarələrin artıq bölgədə olduğu bildirilib. Təyyarələr Haftar ordusunun Liviyanın şərqindəki Mərc hərbi bazasına dislokasiya edilib.

Bunlardan birinin Rusiya istehsalı “İlyuşin” tipli təyyarə olduğu vurğulanıb.

Yanvarın 12-dən fevralın 7-dək BƏƏ-dən Haftar ordusuna 40 yükdaşıma təyyarəsi vasitəsilə silah-sursat və hərbi texnikalar göndərilib.

Qeyd edək ki, Haftar ordusunun müttəfiqləri BƏƏ və Rusiya, Milli Sülh Hökumətinin isə Türkiyədir.

Onu da əlavə edək ki, Xəlifə Haftar iki gün əvvəl Rusiyaya səfər etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər