Güney azərbaycanlı fəal Həkimə Əhmədi 2 il müddətinə həbs cəzasına məhkum edilib.
Teleqraf.com xəbər verir ki, azərbaycanlı fəal İran hakimiyyətinin əleyhinə təbliğat aparmaqda ittiham olunub.
Həkimə Əhmədi, barəsində irəli sürülən ittihamları qəbul etmir.
Fəal hal-hazırda Marağa həbsxanasında saxlanılır.
Qeyd edək ki, Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də İran kəşfiyyatı (ETTELAAT) saxlanılaraq sözügedən qurumun Mərənd idarəsinin təcridxanasına aparılıb.
Xanım fəal ETTELAAT-ın təcridxanasında işgəncəyə məruz qalıb. İşgəncədən qabırğa və barmaqları qırılan fəal 2018-ci il oktyabrın 30-da xəstəxanaya aparılıb. O, bir neçə gün müalicə edildikdən sonra noyabrın 2-də yenidən saxlanıldığı təcridxanaya qaytarılıb. Bir müddət sonra Marağa həbsxanasına köçürülüb.
O, həbsdə olduğu 16 ay müddətində bir neçə dəfə aclıq aksiyası keçirib.
İki uşaq anası olan Həkimə Əhmədi sosiologiya mütəxəssisidir.