İslam ümmətinin birliyi olmadan xilafət elan etmək caiz deyil.
Teleqraf.com Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə müxtəliq ölkələrdən 126 İslam alimi bəyanat yayıb. “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının lideri Əbu Bəkr Əl-bağdadiyə xitabən yaydıqları bəyanatda bu sənədin müsəlmanlara öyüd məqsədilə və Allahın İŞİD militanlarından birini doğru yola yönəltməsi ümidi ilə yazıldığını bildirilib.
Səudiyyə Ərəbistanı, İordaniya, Fələstin, Misir, Tunis, İraq, Sudan, Yəmən, Türkiyə, İngiltərə, Fransa, ABŞ, İsveç, Bosniya Və Herseqovina, İtaliya, Belçika, Bolqarıstan, Argentina, Kanada, Hindistan, Çin, Malayziya, İndoneziya və Nigeriyadan 126 İslam aliminin imzasını daşıyan bəyanatda insan öldürməyin günahları açıqlanır: “İslamda günahsız insanı, elçiləri və bilavasitə jurnalistləri öldürmək, küfrünü açıq şəkildə ortaya qoymayanı kafir saymaq, xristianlara və ya Kitab əhlinə pis davranmaq və quldarlığı tətbiq etmək, insanları müsəlman olmağa məcbur etmək, qadınların və uşaqların hüquqlarını əllərindən almaq, islamda ölülərin cəsədlərinə zərər vermək, işgəncə törətmək, peyğəmbərlərin və əshabələrin qəbirlərini dağıtmaq doğru deyil”.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.