27 Fevral 2020 21:27
3 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya xarici işlər naziri Heiko Maas Suriyanın İdlib vilayətində mülki şəxslərə qarşı edilən hücumları "hərbi cinayət" adlandırıb.

Teleqraf.com xəbər verir ki, nazir Rusiya və Əsəd rejimini atəşkəsə çaöırıb.

"Rusiya və Əsəd rejimi hümanitar fəlakətə yol açan hərəkətlərə son qoymalıdır. Evlərindən didərgin düşən uşaqlar soyuqdan donaraq ölürlər. Xəstəxana və məktəblər bombalanır. Rusiya və Əsəd rejimi beynəlxalq bitliyin tələbinə əməl etməlidirlər", deyə Maas qeyd edib.

Nazir əlavə edib ki, "gəlişigözəl hücumlar, hərbi cinayətlər törədənlər məsuliyyətə cəlb olunmalıdırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər