28 Fevral 2020 17:07
2 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ötən gecə İdlibə edilən hücum zamanı əsgərlərini itirməsi NATO müttəfiqlərini dərindən kədərləndirib. Bu kimi hücumları qınayırıq.

Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin tələbi ilə keçirilən Alyansın fövqəladə iclasında deyib.

“Bəşər Əsədin rəhbərlik etdiyi əsgərlər bu hücumu həyata keçirdilər. Bildirirəm ki, bu kimi hücumlar dayandırılmalı, beynəlxalq qanunlara əməl olunmalı və BMT-nin dəstəklədiyi sülh prosesləri davam etdirilməlidir”, - Y.Stoltenberq bildirib.

Stoltenberq 2018-ci il atəşkəsinin davam etməli olduğunu bildirib:

"Əgər davam etməzsə, humanitar böhran daha da dərinləşəcək. NATO Türkiyənin yanındadır və Türkiyəni çox qiymətli müttəfiq olaraq görür. NATO Türkiyəyə dəstəyini bir neçə fərqli formada göstərəcək. Bunlardan biri havadan müdafiə yolu olacaq. Bu da Suriyadan gələn hava hücumlarının dayandırılmasını təmin edəcək. NATO-nun cənub-şərq sərhədini qorumağa davam edəcəyik.

NATO müttəfiqləri bu gün Türkiyəyə dəstəyini təklif edir. Hava hücumundan müdafiə sistemlərini dəyişdirməyi təklif edirik. Erkən xəbərdarlıq və nəzarət uçuşları var. Ancaq NATO müttəfiqləri Türkiyəyə dəstəyini artırmaq üçün hər zaman daha çox nələr edə biləcəyini araşdırmaqdadır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər