Afina və Avropanı birbaşa İdlibə bağladıq. Rejimin hücumları davam etdiyi müddətcə “Qapıqüllə” (Kapıkule) gömrük-keçid məntəqəsindən Avropaya miqrant köçü olacaq.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri eyni zamanda qeyd edib ki, NATO üzərinə düşən öhdəlikləri yerinə yetirmir:
“Vəd verirlər, amma çalışmırlar. Bu gün görəcəkləri işi 3 il bundan öncə görsəydilər, indi miqrant köçü ilə bağlı böhran yaranmazdı”.