6 Mart 2020 16:07
3 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 6-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mövqelərinə qarşı təxribat cəhdi əks effekt verib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin qarşı tərəfin təxribat cəhdinə cavab verməsi Ermənistan ordusunun bir əsgərinin yaralanması ilə nəticələnib.

Ermənistan Müdafiə Nazirliyi bu barədə yayılan məlumatları təsdiq edib.

Xəstəxanaya yerləşdirilən əsgərin səhhəti barədə məlumat verilməyib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub. Düşmən cavab atəşi ilə susdurulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər