1 May 2014 23:21
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

“May ayında Ukrayna Beynəlxalq Valyuta Fondundan 3 mlrd dollarlıq ilk tranşı, ABŞ-dan 1 milyard dollar və Avropa Birliyindən 1 milyard dollar pul alacaq”.

Bu barədə bu gün jurnalistlərə Ukrayna baş naziri Arseni Yatsenyuk bildirib.

Onun sözlərinə görə, bu pulların bir qismi Ukrayna Milli Bankının qızıl-valyuta ehtiyatlarına gedəcək, digər hissəsi isə Ukraynada makromaliyyə sabitləşməsinə xərclənəcək. Pullar həmçinin maaşların və pensiyaların ödənilməsinə sərf olunacaq.

“Əgər Ukrayna Beynəlxalq Valyuta Fondundan kredit almasaydı indi milli valyutanın məzənnəsinin nə olacağını kimsə bilməzdi. Son iki ayda biz əmək haqqı, pensiya və valyuta məzənnələrinin ödənilməsi ilə bağlı vəziyyəti çox çətinliklə nəzarətdə saxlayırıq”, - deyə hökumət başçısı bildirib./ANS/


Müəllif: