Martın 5-də Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Suriyanın İdlib bölgəsindəki böhranlı vəziyyəti həll etmək üçün əldə etdikləri razılığa dair protokolun icrasına başlanılıb.
Teleqraf.com xəbər verir ki, Zvezda TV-nin yaydığı məlumatda Rusiya və Türkiyənin M-4 avtomobil yolu boyunca birgə patrul xidməti həyata keçirməyə başladığı bildirilir.
Xatırladaq ki, liderlərin əldə etdiyi razılıq aşağıdakı maddələri özündə ehtiva edib:
- martın 6-da saat 00.01-dən etibarən İdlibdə bütün hərbi fəaliyyət dayandırılır;
- Türkiyə və Rusiya Suriyada M-4 avtomobil yolunun şimal və cənubunda 6 km-lik təhlükəsizlik dəhlizi yaradacaq;
- martın 15-dən Rusiya və Türkiyə M-4 avtomobil yolu boyunca birgə patrul xidməti həyata keçirəcək.