28 Sentyabr 2014 15:18
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avrasiya İqtisadi Birliyinə yeni üzv ölkələri qoşulacaq, inteqrasiyanın ilk cücərtiləri tezliklə hiss ediləcək".


Axar.az Ria-Novosti-yə istinadən xəbər verir ki, bu sözləri "Kanal 5"ə müsahibəsində Rusiya Xarici İşlər naziri Serqey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya hüquq bərabərliyinin və qarşılıqlı qazancların əldə edilməsi üçün istənilən əməkdaşlığa hazırdır:

"Biz Çin, Hindistan, potsovet məkanı ölkələri ilə inteqrasiya layihələri reallaşdıracağıq. Avrasiya İqtisadi Birliyi artıq yaradılır. Ona artıq yeni ölkələr maraq göstərir və üzvlük tərkibi genişlənəcək. Proses uzun müddət vaxt aparacaq amma mən əminəm ki, tezliklə artıq bizim inteqrasiyamızın müsbət nəticələri hiss olunmağa başlanacaq".

Lavrov sonda Avrasiya İttifaqının yeni güc mərkəzi olacağını vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər