19 Mart 2020 16:33
1 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Mixail Mişustin koronavirusla bağlı vəziyyətə görə təşviş üçün heç bir əsas olmadığını, ölkəsinin bu təhlükənin öhdəsindən gələcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Baş nazir bunları hökumət üzvləri ilə keçirdiyi iclaz zamanı deyib.

“Bir çox insan vəziyyətin bütün ciddiliyini ancaq indi dərk etməyə başlayır. Lakin təşviş üçün heç bir əsas yoxdur.
Rusiya həm ölkə daxilində, həm də dünyada epidemiyalarla mübarizədə uğurlu təcrübəyə malikdir. Biz, bu təhlükə ilə bacaracağıq”, – deyə o qeyd edib.

Qeyd edək ki, Rusiya hökumətinin bundan öncə yaydığı açıqlamada koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin zəruri hallarda gücləndiriləcəyi bildirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər