Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ölkəsinin lazım olacağı təqdirdə koronavirus infeksiyası ilə mübarizədə ABŞ-a kömək etməyə hazır olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, diplomatik nümayəndəliyin başçısı Rusiyanın test dəstlərinin Çin və İranda yüksək keyfiyyət nümayiş etdirdiyini, onların həmçinin İtaliyaya da təhvil verildiyini bildirib.
“Sadə amerikalılar bilməlidirlər: Rusiya lazım gələrsə, ABŞ-a kömək etməyə hazır olacaq. Kaliforniyada yanğınların söndürülməsi zamanı da biz dəfələrlə köməyimizi təklif etmişdik”, – deyə “RİA Novosti” A.Antonovdan sitat gətirib.