25 Mart 2020 22:41
22 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə koronavirusla mübarizədə ən erkən tədbir görən ölkədir. Virusa yoluxmanın qarşısını almağın yeganə yolu könüllü karantindir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əhaliyə çağırışında deyib.

Onun sözlərinə görə, bu infeksiya daha çox xroniki xəstəliyi olanlar və yaşlı şəxslərdə ağır nəticələrə səbəb olur: "Təəssüflər olsun ki, müalicə alan 44 şəxsi itirdik. Vəfat edən xəstələrimizin Covid-19-dan başqa xəstəlikləri də vardı. Xüsusilə yaşlılar çölə çıxmamalıdır. Buna görə də böyüklərimizi sevgi və hörmətlə qorumalıyıq. Onları incidəcək heç bir sayğısızlıq göstərilməməlidir. Virusa yoluxmamağın tək yolu könüllü karantindir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər