29 Mart 2020 14:26
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Xarici Kəşfiyyat Xidməti (Mossad) və Milli Təhlükəsizlik Şurası koronavirus epidemiyası ilə bağlı vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə xaricdən lazimi tibbi avadanlıqların alınması üçün ortaq qrup yaradıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail İctimai Yayım Agentliyi (KAN) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, martın 25-də Mossad şefi Yossi Kohen və Milli Təhlükəsizlik Şuasının sədri Meir Ban-Şabbat bununla bağlı müzakirə apararaq qərar veriblər.

Qeyd edək ki, İsrail Səhiyyə Nazirliyinin rəsmi rəqəmlərinə görə, COVİD-19 epidemiyasından ölkədə 12 nəfər vəfat edib, 3460 nəfər isə virusa yoluxub.


Müəllif: Cavad

Oxşar xəbərlər