30 Mart 2020 08:25
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün heç bir tədbir görməsəydi, iki milyondan çox amerikalı öləcəkdi. Buna görə də COVID-19-dan 100 mindən 200 min nəfərə qədər insanın ölümü yaxşı nəticədir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.

Ağ Ev rəhbəri iki həftə ərzində ABŞ-da koronavirusdan ölüm səviyyəsinin artacağını da istisna etməyib.

O, həmçinin koronavirusun yayılmasına qarşı tədbirlərin aprelin 30-dək uzadılması barədə müvafiq göstəriş verdiyini bildirib.


Müəllif: Teleqraf.com