ABŞ Federal Təcili Yardım Agentliyi (FEMA) Müdafiə Nazirliyindən (Pentaqon) koronavirus pandemiyası ilə mübarizə çərçivəsində 100 min cəsəd torbası sifariş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Mənbə ABŞ hökumətinin yeni növ pandemiyanın ölkədə 100 min insanın həyatına son qoyacağını proqnozlaşdırdığını bildirib.
Məlumatda Pentaqonun balansında olan 50 min cəsəd torbasını FEMA-ya göndərəcəyi qeyd edilib.
Məsələ ilə əlaqədar hələlik bu iki qurumdan rəsmi açıqlama verilməyib.
ABŞ Prezidenti Donald Tramp ötən gün Ağ Evdə keçridiyi mətbuat konfransında ölkə miqyasında 100-240 min insanın koronavirus səbəbindən öləcəyini açıqlayıb.