İspaniyada ötən gün koronavirusdan 674 nəfər ölüb, 6 min yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 130 759 nəfərə, ölənlərin isə sayı 12 418 nəfərə çatıb.
Bildirilir ki, 38 080 xəstə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, İspaniyada koronavirusa ilk yoluxma halı yanvarın 31-i qeydə alınıb.