6 Aprel 2020 13:10
2 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” adlı rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs İngiltərədə yaşayır, Britaniya musiqisinin məşhur simalarından biridir. Elyar Foksdan danışırıq.

Elyar Foks Azərbaycan əsilli britaniyalı pop müğənnisi və bəstəkarıdır. Onun fanatları “Fokserlər” adlandırılır.

Əsl adı Elyar Əfşari olan müğənninin anası ingilis, atası azərbaycanlıdır. Elyar 1995-ci il iyulun 15-də İngiltərənin İllinq şəhərində doğulub. O, Queensmead və Costons Primary School məktəblərində təhsil alıb.

Elyar Əfşari peşəkar səhnədə 2014-ci ildə məşhur “Do It All Over Again” adlı mahnısı ilə debüt edib. Həmin il İngiltərədə ən çox dinlənilən 5 mahnıdan biri olub, “Singles Chart”-da 5-ci pilləyə yüksəlib.

“2005-ci ildə gitara aldım, onda yalnız oynayırdım, sonra mahnı yazmağa başladım”, - karyerasına başlaması haqda danışarkən belə demişdi.

Elyar hələ 2009-cu ildə “Just Me Again” adlı qrupla səhnəyə çıxıb. Məktəbi bitirdikdən sonra isə Əfşari və yoldaşları musiqi biliklərini artırmaq üçün bir illik təhsil aldılar, elə həmin il İngiltərədə qastrol səfərinə çıxdılar.

16 yaşında solo fəaliyyət qərarı verdi və adını Elyar Foks olaraq dəyişdirdi. 2012-ci ildə “Polydor” ilə müqavilə bağladı, studiyada bir il keçirdi, amma “Polydor”un sərbəst buraxılmasında maraqlı olmadığından onları tərk etdi və bir müddət sonra “RCA” ilə müqavilə imzaladı.

Foks 2013-cü il oktyabrın 28-də Londonun “Westfild” ticarət mərkəzindəki pulsuz bir konsertdə oğlan qrupu “Union J”ya dəstək oldu. Müğənni bu qrupu 2014-cü ilin yanvar ayınadək dəstəkləməyə davam etdi. Foks həmin il MTV-də baş tutan “Brand New” yarışında ikinci oldu.

2013-cü ilin noyabr ayında “Capital FM” ilk dəfə olaraq “Do It All Over Again” mahnısı səsləndi. Həmin ilin dekabr ayında 16000 nəfərin qarşısında debüt mahnısını ifa etdiyi “Jingle Bell Ball”da sürpriz qonaq idi. 12 yanvar 2014-cü il tarixi isə “Do It All Over Again”-nin “BBC Radio 1”-də rəsmi yayım tarixi idi, o, bir proqramda Matt Edmondsonun şousunda qonaq oldu.

Bir neçə gün sonra “BBC”nin efirində “Do It All Over Again” mahnısının canlı akustik versiyasını ifa etdi və proqramın aparıcısı Barni Harvudla “One Direction”-un “Story of My Lifesi" mahnısını oxudu. Yanvarın 24-də “CBBC”də canlı yayımlanan Sem və Markın aparıcıları olduğu “Big Friday Wind-Up”da yenidən “Do It All Over Again”ni ifa etdi. Həmin il mahnı Böyük Britaniyanın “Singles Chart”ında beşinci, İrlandiyanın “Singles Chart”ında isə 83-cü pilləyə qalxdı.

Foks ikinci məşhur mahnısı “A Billion Girls”i 2014-cü il fevralın 14-də elan etdi. Aprelin 13-də isə ilk dəfə olaraq “Capital FM”də səsləndirildi.

2014-cü ildə isə ilk debüt albomunu yayımlamalı idi. Bu albomunda Ueyn Hektor (“Westlife”, “The Wanted”), Lukaş Qotvald (Keti Perri, Britni Spirs, Keşa), Karen Pol, Lukas Sekon (Kristina Agilea, Britni Spirs, Olli Mers) və “Cutfather” (One Direction) kimi müəllifər və prodüsserlərlə ərsəyə gətirdiyi işləri daxil ediləcəkdi. Həmin ilin noyabr ayında albomun örtük fotosu təqdim edildi.

2017-ci ilin mart ayında səhnəyə sadəcə Elyar adı ilə çıxmağa başladı və sosial şəbəkədə yeni “Beautiful Human” adlı mahnısını təqdim etdi. Bundan sonra açıqlama verərək bildirdi ki, özünə uyğun səs axtarmaq üçün uzun bir fasilə götürüb. Buna görə studiyalarla əməkdaşlığını dayandırdı, qardaşı ilə birlikdə qurduğu studiyada fəaliyyətinə sıfırdan başladı.

Elyar Foks 2017-ci il aprel ayında “SVFARI” adlı ilk EP-ni (mini albom) buraxdı. Bu EP daha əvvəl yayımlanan “Beautiful Human”la yanaşı, 4 mahnıdan ibarətdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər