“Reallıq budur ki, koronavirusdan sonra dünya heç vaxt eyni olmayacaq. COVID-19 pandemiyasının sürreal atmosferi Ardennex döyüşü zamanı 84-cü Piyada Diviziyasında bir gənc hərbçi olduğum anları xatırladır. İndi də, 1944-cü ilin sonunda olduğu kimi, hər hansı konkret bir şəxsə qarşı yönəlməyən, təsadüfən ortaya çıxan və dağıntılara səbəb olan təhlükə hissi var”.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street” qəzetində dərc olunan məqaləsində amerikalı diplomat Henri Kissincer yazır.
Müəllif bu uzaq zamanla bizim dövrümüz arasında mühüm bir fərq görür. Onun sözlərinə görə, Amerikanın dözümlülüyü o zaman son milli məqsədlə gücləndirildi, lakin indi bölünmüş ölkədə misli görünməmiş maneələri dəf etmək üçün təsirli və uzaqgörən bir hökumətə ehtiyac duyulur?
“İctimai etimadın qorunması sosial həmrəylik, cəmiyyətlərin bir-biri ilə münasibətləri, beynəlxalq sülh və sabitlik üçün çox vacibdir. Millətlər birləşmiş və çiçəklənən qurumlarının fəlakətləri qabaqlaya, təsirlərini cilovlaya və sabitliyi bərpa edə biləcəyinə inanırlar.
Amma COVID pandemiyası sona çatdıqdan sonra bir çox ölkə beynəlxalq qurumlar və hökumətlər uğursuz kimi qəbul ediləcək. Bu hökmün obyektiv və ədalətli olub-olmamasının əhəmiyyəti yoxdur. Reallıq budur ki, koronavirusdan sonra dünya heç vaxt eyni olmayacaq. Koronavirus görünməmiş bir miqyasda reallığa zərbə vurur”.
Kissincer qeyd edir ki, hökumətlər koronavirusun əks təsirlərinin qarşısını almaq üçün müəyyən addımların atılmasını nəzərdən keçirə bilərlər:
“Liderlər böhranı milli səviyyədə həll edirlər, lakin virusun sosial cəhətdən zərərli təsirləri sərhəd tanımır. Pandemiyanın yaradacağı siyasi və iqtisadi qarışıqlıq nəsillər üçün davam edə bilər. Heç bir ölkə, hətta Amerika Birləşmiş Ştatları da milli səylərlə virusu məğlub edə bilməz. Milli səylər qlobal bir proqramla birləşdirilməlidir. Bunu tandemlə edə bilməsək, ən pis ssenarilərlə üzləşəcəyik”.
O əmindir ki, ilk növbədə yoluxucu xəstəliklərə qlobal müqaviməti gücləndirmək, ikincisi halda isə qlobal iqtisadiyyatın yaralarını sağaltmağa çalışmaq lazımdır:
“Dünya liderləri 2008-ci ildəki maliyyə böhranından vacib dərslər aldılar. İndiki iqtisadi böhran isə daha mürəkkəbdir: koronavirusun səbəb olduğu böhran qlobal miqyasda, tarixdə heç vaxt olmayıb. Sosial məsafə, məktəblərin və müəssisələrin bağlanması kimi zəruri tədbirlər iqtisadi ağrıları daha da artırır. Bu baxımdan, proqramlar, eyni zamanda dünya əhalisi üçün yaxınlaşan xaosun azaldılmasına yönəldilməlidir”.
Kissinver bildirir ki, sakitlik bütün tərəflər üçün lazımdır - istər daxili siyasətdə, istərsə də beynəlxalq diplomatiyada:
“Prioritetlər müəyyən edilməlidir. Ardennex döyüşündən sonjra böyüyən firavanlıq və insan ləyaqəti dünyasına keçdik. İndi əlamətdar bir dövr yaşayırıq. Liderlər üçün tarixi problem böhranla mübarizə aparmaq və gələcəyi qurmaqdır. Uğursuzluq dünyanı alovlandıra bilər”.