“Türkiyədə ötən həftə pandemiyaya yoluxanların sayının kəskin formada artmasından narahatıq. Məlum halların 60 faizi İstanbulda qeydə alınıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa ölkələri üzrə direktoru Hans Henri Kluq deyib.
O, indi küçəyə çıxma qadağalarının yumşaldılması üçün doğru zaman olmadığını bildirib:
“İndi rahat davranmaq vaxtı deyil, əksinə, görülən tədbirləri daha da genişləndirmək lazımdır. Mübarizəni davam etdirməliyik. Virusun sonunun çatdığını düşünsək, bu, daha təhlükəli olacaq”.