16 Aprel 2020 13:47
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondu (BVF) koronavirus pandemiyası ilə əlaqədar 25 üzv ölkənin borcunun altı ay gecikdirilməsi ilə bağlı müraciətini təmin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə fondun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, borcun ödənilməsinin təxirə salınması Əfqanıstan, Benin, Burkina-Faso, Haiti, Qambiya, Qvineya, Qvineya-Bisau, Konqo, Yəmən, Qəmər adaları, Liberiya, Madaqaskar, Malavi, Mali, Mozambik, Nepal, Niger, Ruanda, Sao-Tome və Prinsipi, Solomon adaları, Sierra-Leone, Tacikistan, Toqo, Çad və Mərkəzi Afrika Respublikasına şamil ediləcək.

Bundan əlavə siyahıya daha dörd ölkə daxil edilə bilər.

Daha əvvəl Dünya Bankı koronavirus pandemiyası ilə əlaqədar ehtiyacı olan ölkələrə yardım göstərmək üçün 200 milyard dollara qədər vəsaiti mobilləşdirməklə bağlı qərar qəbul etmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər