Misirin məşhur Əl Əzhər Universiteti FETÖ lideri Fətullah Gülənin əsərlərini araşdırdığını və təsdiqlədiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Qahirədə yerləşən ali məktəbin Gülənin bütün əsərlərini təsdiqlədiyi barədə xəbəri FETÖ-yə yaxın media orqanları yayıb.
Bu qərar türklər tərəfindən etirazlara səbəb olub və Əl Əzhər Universitetinin prestijinə zərbə kimi qiymətləndirilib.