İtaliyanın Karpi şəhərində “Virusa qarşı birgə dua edirik” adlı tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə katolik, pravoslav, müsəlman, yəhudi və digər dinlərin nümayəndələri də qatılıb.
Tədbir zamanı Qurani-Kərimin “Ali İmran” surəsindən ayələr oxunub.
“Pandemiyanın bizi çətin vəziyyətə saldığı günləri yaşayırıq. Dini və mədəni tolerantlığa sahib olan bir cəmiyyətlə birlikdə dualar edirik. Həftələrdir bu qorxunc virusa qarşı mübarizə aparanlar tək deyillər”, - şəhərin bələdiyyə sədri Alberto Bellelli bildirib.