İtaliyada yeni növ koronavirusa daha 2 256 yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.
Məlumata əsasən, ölkə ərazisində koronavirusa yoluxanların ümumi sayı 181 228 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 454 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 24 114 nəfərə çatıb.