1 Oktyabr 2014 01:22
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiki şərtlərdə Kreml Avropaya qaz ixracını kəsəcəyi halda İran Rusiyanın alternativi olmayacaq.

ANS PRESS-in məlumatına görə, İran prezidenti Həsən Ruhani İranın Avropaya Rusiya qədər qaz ixrac edə biləcəyi ilə bağlı səslənən iddiaları rədd edib.

Qərb ölkələri tərəfindən sanksiyalar tətbiq olunan Rusiyaya İran məhsullarını ixrac edə biləcəklərini bildirən Ruhani rəsmi Moskvaya dəstək verəcəyini bildirib:

"Rusiya hökumətinə və xalqına əlimizdən gələn bütün köməyi edəcəyik. Lazımi ticarət prosedurların tamamlansa ruslar gələn il İran məhsullarını dükanlarında görə biləcək".

Ruhani Rusiya ilə ticarətdə barter sistemindən istifadə etmək niyyətində olduğunu söyləməklə yanaşı bunun Qərbin Rusiyaya sanksiyaları tətbiq olunmazdan əvvəl qərara aldıqlarını deyib.


Müəllif:

Oxşar xəbərlər