Yəmənin cənubunda dırnaqarası müstəqillini elan edən Cənub Müvəqqəti Şurasının rəhbəri Aydarus əz-Zubeydi Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi təmsilçisi Mixail Boqdanovla görüşüb.
Teleqraf.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən dəstəklənən Cənub Müvəqqəti Şurasının (CMŞ) rəsmi məlumatında tərəflərin telefonla müzakirə apardığı qeyd edilib.
Məlumatda bildirilir ki, Aydarus əz-Zubeydi Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Boqdanova bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı məlumat verib, habelə muxtariyyət elan etməsinin səbəblərini açıqlayıb.
Qeyd edək ki, aprelin 26-da Cənub Müvəqqəti Şurası cənubi Yəməndə “muxtariyyət” elan edib. Yəmən xarici işlər naziri Məhəmməd əl-Hadrami bəyan edib ki, bu addım Yəmənin cənubunda baş verən siyasi üsyanın məntiqi davamıdır.