İraq hökuməti səhvən “İraq-Şam İslam Dövləti” terror təşkilatının nəzarətində olan Anbar əyalətinə humanitar yardım göndərib.
Teleqraf.com lenta.ru-a istinadən xəbər verir ki, bu gün iraqlı hərbiçilərə silah-sursat, içməli su və qida yardımı ilə dolu təyyarə Bağdaddan göndərilib.
Ancaq pilotların təcrübəsizliyi və İraq Hərbi Komandanlığının səhlənkarlığı ucbatından humanitar yardım səhv yerdə təyyarədən buraxılıb.
Rəsmilərin məlumatına görə, faktla bağlı artıq araşdırmalara başlanıb.
Samir