1 Oktyabr 2014 22:55
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama bu gün ölkəsində səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yaxın Şərqdəki vəziyyəti olduca pis hesab edən Obama İsrailin və Fələstini təhlükəsizliyini təmin etməyə çağırıb.

"Həm İsrail vətəndaşlarının təhlükəsizliyi, həm də fələstinli uşaqların ölməməsi üçün status-kvonu dəyişdirmək üsulu tapılmalıdır. İsrail raket hücumlarından qorunmalı, həmçinin Fələstində mülki əhali arasında qurbanlardan qaçmaq lazımdır”, - deyə ABŞ prezidenti vurğulayıb.

Öz növbəsində Netanyahu bildirib ki, İsrail təhlükəsizlik maraqları üçün Yaxın Sərq probleminin sülh yolu ilə həll ideyasına sadiqdir. İsrailin baş naziri qeyd edib ki, prosesin irəliləyişi üçün “qeyri-standart təfəkkür” lazımdır.


Müəllif:

Oxşar xəbərlər