8 May 2020 01:04
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada koronavirusa yoluxanların sayı 3 672 238 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 83 465 nəfər yeni koronavirusa yoluxub, 6 539 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 3 672 238 nəfərə, ölənlərin isə 254 045 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 626 037 yoluxma və 150 238 ölüm halı. Avropa regionunda sutka ərzində 32 209 yoluxma halı, 2 458 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada yoluxanların sayı 1 542 829, ölənlərin sayı isə 84 804 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə229 198 yoluxma və 8 465 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (1 193 452), İspaniyada (220 325), İtaliyada (214 457), Böyük Britaniyada (201 205), Rusiyada (177 160), Almaniyada (166 091), Fransada (135 468), Türkiyədə (131 744), Braziliyada (114 715) və İranda (101 650) qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər