Son 24 saat ərzində koronavirusa yoluxma hallarının yenidən aşkarlandığı Uhan şəhərinin Dusinhu rayonu orta təhlükə zonası kimi tanınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə rayon administrasiyası məlumat yayıb.
4 apreldə Uhan şəhərində koronavirusa yoluxma qeydə alınmayıb. 26 apreldə xəstəxananı sonuncu pasiyent sağalaraq tərk edib.
Lakin, Hubeydə ötən gün ( 9 may - Red) ərzində virusun 16 yeni simptomsuz daşıyıcısı aşkar olunub. Hazırda bütün əyalət üzrə həkimlərin müşahidəsi altında 616 virus daşıyıcısı var. Onlar simptomsuz koronavirus xəstələridir. Dusinhu rayonunda isə 5 nəfərdə koronavirus aşkarlanıb.
Hubeydə pandemiya ərzində 68 129 yoluxma (Uhanda 50 334 yoluxma) aşkar edilib, 63 616 insan sağalıb (Uhanda 46 464), 4 512 nəfər ölüb (Uhanda 3 869). Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.