Katolik dünyasının ruhani lideri Papa Franciscus Yaxın Şərqdəki vəziyyəti regiondakı nümayəndələri ilə müzakirə edəcək.
Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat verib.
Yayılan xəbərə görə, Papa Türkiyə, Suriya, Livan, İraq, İsrail, Fələstin, Misir və İrandakı dini elçiləri, Birləşmiş Millətlər Təşkilatının Nyu-York və Cenevrədəki, həmçinin Avropa Birliyi yanındakı nümayəndəsi ilə görüşəcək.
Oktyabrın 2-4-də baş tutacaq sammitdə Yaxın Şərqdə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının yaratdığı problemlər başda olmaqla son proseslərin qiymətləndiriləcək.
Franciscusun İraqda İŞİD hücumlarından əziyyət çəkən xristianlar və yezidilər də daxil olmaqla digər azlıqların qorunması və onlara humanitar yardımın çatdırılması üçün dünya ölkələrinə səslənəcəyi gözlənilir.
Samir