Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı, fiqurist Tatyana Navka da COVID-19-a yoluxduğunu təsdiqləyib. İdmançı əlavə edib ki, o və Dmitri Peskov xəstəxanada həkimlərin nəzarəti altındadır.
Teleqraf.com xəbər verir ki, T. Navka deyib:
“Bu doğrudur. Biz həkimlərin nəzarəti altındayıq. Hər şey yaxşıdır. Praktik olaraq iki günə özümə gələrəm. Məndə hər şey normallaşır. Temperaturum da yoxdur. Deyirlər ki, qadınlar bu xəstəliyi asan keçirir, yəqin ki, bu doğrudur. Dmitri Sergeyeviç də nəzarətdədir, onunla hər şey qaydasındadır. Müalicə olunuruq”.
İdmançı qeyd edib ki, hazırda hər ikisi xəstəxanadadır:
“Ailənin qalan hissəsini yoluxma riski ilə üz-üzə qoymamaq üçün xəstəxanaya getməyə qərar verdik. Bütün ailə ciddi təcrid vəziyyətində idi. Mənim ərim işləyirdi. Bununla əlaqədar, yalnız bir tezis var. Çox güman ki, xəstəlik ondan gəlib.
Çünki ilk olaraq o yoluxub. O, xəstəliyi işdən evə gətirib”.