15 May 2020 12:37
1 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında İstanbul polisi mafiyaya qarşı əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı “Xanımağa” ləqəbli Guniz Akkuş da saxlanılıb.

Qeyd edilir ki, Akkuş türk cinayət dünyasının önəmli adlarından biridir. Akkuşla birlikdə daha 10 nəfər tutulub.

Polis bəyan edib ki, “Hiyjen” adı verilən əməliyyatda çox sayda silah və sursat ələ keçirilib.

Xatırladaq ki, Guniz Akkuş sonuncu dəfə türk mafiya başçılarından Sədat Pekər tərəfindən təhdid edilmişdi. Pekər video yayaraq Akkuşu açıq təhdid etmiş və ömrünə az qaldığını bildirmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər