Almaniyanın Frankfurt şəhərinə kilsədə ayin zamanı çoxlu sayda insanın COVİD-19-a yoluxması səbəbindən Hanau Herbert Drösse stadionunda bu gün bayram namazının qılınması ləğv olunub.
Teleqraf.com xatırladır ki, Frankfurt şəhərində mayın 10-da kilsədə ayin zamanı çoxlu sayda insan virusa yoluxub.
Kilsənin nümayəndəsi Vladimir Pritzkau virusun ayinə qatılanlar arasında yayıldığını təsdiq edib. Hazırda nə qədər insanın virusa yoluxduğunu konkret bilmədiyini deyən kilsə nümayəndəsi 6 nəfərin xəstəxanaya aparıldığını qeyd edib.
Bundan sonra bələdiyyə Hanau Herbert Drösse stadionunda müqəddəs Ramazanla əlaqdər bayram namazının qılınmasını qadağa edib.
Məlum olub ki, bu ərazidə yaşayan müsəlmanlar məsciddə sosial məsafə şərtlərinə əməl etməklə bayram namazı qılır. Ən azından yarım metr məsafə saxlamaqla gün ərzində 5 dəfə bayram namazı qılınacaq.