25 May 2020 10:13
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Tuva bölgəsi hökumətinin mətbuat xidməti bölgənin başçısı Şolban Kara-oolun yeni növ koronavirus infeksiyası – COVID-19-a yoluxduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumatda bildirilir ki, Kara-ool yeni növ koronavirus infeksiyası diaqnozu ilə Respublika Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Mətbuat xidmətindən Kara-oolun həkimlərin nəzarəti altında olduğu və lazımi müalicəni almağa başladığı bildirilib.
“O, özünü normal hiss edir”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Kara-ool bundan əvvəl xəstəxanaya yerləşdirildiyini elan etmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər