30 May 2020 15:45
4 978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Putin Təhlükəsizlik Şurası üzvlərini ABŞ-ın açıq səma müqaviləsindən çıxması ilə əlaqədar Rusiyanın mövqeyini müəyyənləşdirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti çıxışında “START-3” müqaviləsi ətrafında Vaşinqtonla ciddi danışıqlara başlamağın çətinliyinə diqqət çəkib.

“Bu gün bir neçə məsələni müzakirə edəcəyik: həmişəki kimi daxili təhlükəsizliyin aktual problemləri və beynəlxalq gündəm. Sonunculara gəlincə, əlbəttə ki, ABŞ-ın açıq səma müqaviləsindən çıxması ilə əlaqədar nəhayət, mövqeyimizi müəyyən etməliyik. Əslində “START-3”-ün müddəti bu yaxınlarda başa çatacaq. Məncə, yalnız bizim üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət kəsb edən bu məsələ ilə bağlı ciddi danışıqlara başlamaq mümkün deyil. Buna görə də bu barədə danışmaq lazımdır”, - Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər