“Sərrac Tripolidə Haftarı məğlub etdi, artıq Liviyada sultanın (Ərdoğan) qanunları hökm sürür”.
Teleqraf.com xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzetində dərc olunan məqalədə bildirilib.
Nəşr Ankaranın uzun illərdir Liviyada gedən müharibənin taleyini müəyyən etdiyini, ölkənin faktiki rəhbəri Fəyaz Sərracın dünən reallaşdırdığı Türkiyə səfərinin təsadüfi olmadığını yazıb:
“Əlbəttə, savaş hələ bitməyib, məlum olan yeganə şey isə Ərdoğanın qələbə qazanmasıdır. Bu 14 illik qiyamın dumanı arasında bir qalib xalq özünü göstərir, bu, Fəyaz Sərrac hökuməti deyil. Qalib Rəcəb Tayyib Ərdoğandır – 2019-cu ilin sonundan Tripolidəki hökuməti müdafiə edən, onunla müdafiə və enerji anlaşmaları imzalayan, Tripoliyə zirehli texnikalar, dronlar və minlərlə hərbi qüvvə göndərən Türkiyə Prezidenti”.
Mənbə Türkiyə Prezidentinin bölgədəki rəqiblərini (Rusiya, BƏƏ, Misir, Yunanıstan) məğlub edərək, Liviyada üstünlüyünü təmin etdiyini bildirib.
Qəzet Türkiyənin müharibədən çıxmağa hazırlaşan Liviyanı yenidən quracağını qeyd edib.