6 İyun 2020 16:33
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ nefti ilə yüklənmiş ilk tanker Belarusa çatdırılmaq üçün Latvanın Klaypeda limanına daxil olub.

Teleqaf.com xəbər verir ki, bu barədə Belarusun “Belneftexim” dövlət konserninin mətbuat katibi Aleksandr Tişenkoya məlumat yayıb:

“İyunun 5-də, saat 23:00-da 77 min ton “Bakken” çeşidli Amerika nefti ilə yüklənmiş tanker Klaypeda limanına gəlib və yükünü boşaltmağa başlayıb. Bundan sonra neft dəmir yolu ilə Novopolotsk neft email zavoduna göndəriləcək”.

Onun sözlərinə görə, bu, Rusiyaya alternativ olan tədarükçülər tərəfindən il ərzində Belarusa göndərilən on ikinci neft tankeridir.

Qeyd edək ki, bundan əvvəl Belarusun Xarici İşlər naziri Vladimir Makey ABŞ-ın Belarusa neft tədarükünə başladığını bildirmişdi.


Müəllif: Səxavət Həmid