Liviya Silahlı Qüvvələri qiyamçı Haftar ordusunun Sirtə şəhərindəki mövqelərinə hava zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviya ordusunun sözçüsü Məhəmməd Qununu açıqlama verib.
Açıqlamada qiyamçıların hərbi mövqelərinin qırıcılarla bomardman edildiyi bildirilib.
O, əməliyyatların Sirtə şəhərinin mərkəzi hakimiyyətin nəzarətinə keçənə qədər davam edəcəyini söyləyib.
Liviya ordusu martın 25-dən başladığı əməliyyatlarla Tərxunə şəhərini Haftar ordusundan azad edib. Bundan sonra isə Liviya ordusunun Sirtə şəhəri, Cufra hərbi hava bazası və ətrafdakı bölgələrin azad edilməsi üçün əməliyyatlara başladığı açıqlanıb.