12 İyun 2020 12:48
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın hərbi təhdidlərinə qarşı daha etibarlı bir güc ortaya qoyacağıq.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Şimali Koreya Xalq Respublikasının Xarici İşlər naziri Ri Son Gvon çıxış edib.

Şimali Koreyanın KCNA dövlət agentliyinə danışan nazir bildirib ki, ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çin In arasındakı münasibətlərdə hər hansı bir irəliləyiş yaşanmayıb:

“Şimali Koreyanın strateji hədəfi ABŞ-ın uzun vədəli hərbi təhdidlərindən baş çıxarmaq üçün daha etibarlı bir güc yaratmaqdır. Gözə çarpan Şimali Koreya-ABŞ münasibətlərində yaxşılaşdırma yönündə ümidlərimizin indi ümidsizliyə dönməsidir”.

Şimali Koreya hakimiyyəti eyni zamanda BMT Baş katibinin sözçüsünün Pxenyanın Cənubi Koreya ilə əlaqələri dayandırmasına dair verdiyi açıqlamaya sərt reaksiya göstərərək, ona qarşı “sərxoş kimi davranma” ittihamı ilə çıxış edib.

Qeyd edək ki, 2018-ci ildən ABŞ və Şimali Koreya liderləri arasında görüş olub, tərəflər münasibətləri düzəltməyə çalışdıqlarını elan edib. Amma 2019-cu ilin fevralında münasibətlər yenidən pisləşib.


Müəllif: Cavad

Oxşar xəbərlər