5 Oktyabr 2014 21:43
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban qruplaşmasının üzvü Tvitterdə geolakasiyadan - internet istifadəçisinin yerinin müəyyənləşdirilməsində baş vermiş yanlışlıqlardan şikayətlənib.

Axar.az RİA Novosti-yə istinadla bildirir ki, BBC-nin yaydığı məlumata görə, terrorçu Taliban qruplaşmasının yüksək vəzifəli nümayəndəsi Tvitterdə geolakasiya ilə bağlı dolaşıqlıqdan gileylənib. Bu qarışıqlıq üzündən, onun Pakistanda, Sindhdə olduğu güman edilib. Halbuki o, həmin vaxt, dediyinə görə, tamam başqa bir ölkədə olub.

Baş vermiş dolaşıqlıqdan sonra o öz səhifəsində bildirib ki, onun səhifəsini kimsə idarə edir, bu isə düşmənlərinin sui-qəsdidir və bünün üstü artıq açılıb. O, həmçinin bildirib ki, tam əminliklə bildirməyə hazırdır ki, öz doğma ölkəsində - Əfqanıstandadır.


Müəllif:

Oxşar xəbərlər