Türkiyə Daxili İşlər Nazirliyi başına 1 milyon türk lirəsi qoyulan narıncı siyahıdakı PKK terrorçusunu zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, son iki gündə Sirt, Faraşin bölgəsi və Diyarbəkirdə həyata keçirilən əməliyyat çərçivəsində ümumilikdə 7 terrorçu məhv edilib.
Zərərsizləşdirilən terrorçulardan birinin Amed əyalətində maliyyə məsələləri və silah-sursat üzrə məsul olan "Seyid Batman" kod adlı Əkrəm İpdaş olduğu üzə çıxıb.